
Xoşqədəmin səsi batdı
Aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramı mövsüm finalına gedib.
Lent.az axşam.az-a istinadən məlumatına görə, proqramın dünən yayımlanan bölümündə aparıcının səsi batıb.
Proqram zamanı aparıcı Sərxan Kərəmoğlu studiyaya gəlib. “Bir dəfə mənə Moskavada suyun içində dərman verdilər. Onda səsim tutuldu. Dedilər ki, çox danışmaq olmaz. İndi siz də 40 faiz səslə danışırsınız. Bu, təhlükəlidir” söyləyib.
X.Hidayətqızı danışmağa davam edə bilmədiyini görüb və verilişi aparmaq üçün Sərxandan kömək istəyib.
"Bir dəfə qonşu kanalda mövsüm finalını çəkirdik. Mən şən danışmalıydım. Atam zəng etdi ki, bacının yeganə övladı suda boğulub ölüb. İçim ağlaya-ağlaya veriliş apardım. Mən o dərdlə proqramı davam etdirən adamam, səs batması mənə nə edəcək ki? Mən güclü biriyəm" deyə, X.Hidayətqızı söyləyib.
Oxşar yazılar

Məşhur fenomenin sevgilisi tərəfindən döyülməsi ilə bağlı HƏBS CƏZASI tələbi
12 avqust 2025 , 10:18
Röya atasını itirdi
11 avqust 2025 , 17:24
Məşhurların qeyri-adi pəhrizləri: Siqaret, qəhvə, su və...
11 avqust 2025 , 13:17
Məşhur aktrisa Türkiyə zəlzələsində əmisini itirdi
11 avqust 2025 , 12:02
Polisin “dayan” əmrinə tabe olmayan Tatlısesin qızı - “Psixologiyam pozuldu”
9 avqust 2025 , 15:56
Günay İbrahimli Şanxaya getdi - VİDEO
9 avqust 2025 , 15:05
Brandon Stone tezliklə Yaban Sea Breeze-də! - Emin Ağalarov anons etdi
8 avqust 2025 , 16:06