Xalq artistindən Brilliant qadağası
20 iyun 2013 11:38 (UTC +04:00)

Xalq artistindən Brilliant qadağası

Xalq artisti Rafael Dadaşov qızı Səidənin son açıqlamasından narahat olduğunu bildirib. Lent. az-ın məlumatına görə, aktyorun narahatlığına səbəb qızının  Brilliant- Aygün qalmaqalından danışması olub. Məsələ ilə bağlı aktyor bunları söyləyib: “Heç kim Səidəyə  Brilliant barədə sual verməsin. Səidəyə sənətdən, yaradıcılıq işlərindən sual verin, Brilliantdan yox”

 

 

 

Aktyorun qızı Səidə Dadaşova isə Lenta.az-a  daha xalası barədə danışmayacağını deyib: “Mən xalam barədə pis nəsə  söyləmişəm? Əksinə xoş sözlər demişəm.Siz yazını verəndən sonra atam mənə zəng etdi və xalam barədə nə danışdığımı soruşdu, tapşırdı ki, xalam barədə danışmayım. Daha o mövzuya toxunmayacam”.

 

 

Qeyd edək ki, müğənni Səidə Dadaşova  Brilliant- Aygün qalmaqalına bu cür münasibət bildirib: “Brilliant Dadaşova ilə Aygün Kazımova barışacaq. Bəzən  ana ilə bala arasında da söz olur. Amma biləsiniz ki, bunlar müvəqqətidir. Onlar yenidən barışacaqlar. Çünki xalamın elə xasiyyəti, böyük ürəyi var ki, o, heç kimlə küsülü qalmır. Kaş, hər kəsin xalası belə ola.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2877
avatar

Yalçın UĞUR

Oxşar yazılar