"Brilliant xanım bu cür ifadələr işlətməz" - YENİLƏNİB
14 may 2013 11:31 (UTC +04:00)

"Brilliant xanım bu cür ifadələr işlətməz" - YENİLƏNİB

Bir qədər əvvəl xalq artistinin mətbuat katibi Seymur Zaxarayev Lent.az-la əlaqə saxlayaraq, “Facebook”da yayılan fikirlərin Brilliant xanıma aid olmadığını bildirdi: “Brilliant xanım “Facebook”da belə bir status paylaşmayıb. Onun adından kimsə yazıb. Bunu mən sizə əminliklə deyə bilərəm ki, Brilliant xanım bu cür ifadələr işlətməz. Bunun kim etdiyin bilmirik”.

 

*****

 

11.09

Xalq artistindən biabırçı ifadələr

Azərbaycanın xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasındakı qalmaqal günü-gündən qızışır. Lent.az-ın məlumatına görə, buna səbəb hər iki tərəfin pərəstişkarlarının da bu qovğaya müdaxilə etməsidir. Belə ki, xalq artisti Brilliant Dadaşova onun “Facebook” səhifəsinə yazan Aygün Kazımovanın fanatına xoşa gəlməz ifadələr qeyd edib: “Mənim musiqimi sevən başqasının səhifəsinə girməz. Mən heç kimin fanatı ilə savaşmıram. Məni pislik etməyə məcbur etməyin”.

 

 

Qeyd edək ki, xalq artistinin profilində yazdığı sözlər etik normaya uyğun olmadığından onları açıqlamırıq.

 

Lent.az olaraq xalq artisti Brilliant Dadaşovanın paylaşdığı statusu olduğu kimi təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2896
avatar

Yalçın UĞUR

Oxşar yazılar