Türkiyə mətbuatı bu il ən çox albomu satılan məşhurların adlarını açıqlayıb.
Lent.az-ın “axsham.az”a istinadən xəbərinə görə, siyahıya "10" adlı albomu ilə Tarkan başçılıq edir. İkinci yerdə "Biraz Pop Biraz Sezen" albomu ilə Sezen Aksudur. "Sonra dersin ki" adlı albomu ilə Koray Avcı 3-cü olub.
İyulda aramızdan ayrılan mərhum Harun Kolçakın ölümündən bir il əvvəl çıxardığı "Çeyrek Asır" albomu da çox satılanlar arasına daxil olduğu üçün 4-cü yerdə bərqərar olub.
Erol Evgin "Altın Düetler" adlı albomu ilə siyahıda 5-ci yerdə gəlib.