Əməkdar artist Tünzalə Ağayeva və Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva bir araya gəliblər. Lent.az-ın məlumatına görə, iki tanınmış müğənni birgə konsert verəcəklər. Dəfələrlə ayrı ayrılıqda jazz, soul, bluz və başqa bu kimi janrlarda konsertlər verən ifaçılar, bu dəfə daha böyük proqramla çıxış etmək fikrindədirlər.
Qeyd edək ki Tünzalə və Səbinənin birgə konsertinin payız aylarında gerçəkləşdirilməsi nəzərdə tutulub.
Yalçın Süleymanov