Türkiyənin sevilən və gözəl aktrisası Tuba Büyüküstünlə əri, aktyor Onur Saylak boşanıb.
Lent.az-ın gecce.com-a istinadən məlumatına görə, uzun zamandır ayrıldıqları iddia edilən cütlük iyunun 5-də məhkəmə qərarı ilə boşanıb.
6 il əvvəl ailə həyatı quran cütlüyün bu evlilikdən əkiz qızları var.
Xüsusilə uşaqlar olduqdan sonra Tuba ilə Onur arasında münasibətdə gərginlik yaşanmışdı.