Tanınmaz hala qalan şoumen yenidən xəstəxanaya yerləşdirildi
30 oktyabr 2019 12:22 (UTC +04:00)

Tanınmaz hala qalan şoumen yenidən xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış aparıcısı Mehmet Ali Erbil yenidən xəstəxanaya yerləşdirilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aylar öncə evdə yıxılaraq qabırğaları sınan aparıcı həkim nəzarətinə alınıb. Aparıcının işçisi isə açıqlamasında bildirib ki, şoumenin vəziyyəti elə də ağır deyil: “Səhhəti ağır deyil. Dünən axşam ağır bir yemək yedi, narahat oldu. Ona görə də xəstəxanaya gətirdik. Hazırda həkimlərin nəzarətindədir.

 

Aparıcının ailə üzvləri də açıqlama verib: “Narahat olmağa heç bir səbəb yoxdur. Sadəcə özünü bir az pis hiss etdi, həkimə gətirdik. Şükürlər olsun ki, hazırda səhhəti ilə bağlı pis heçnə yoxdur. Özü yeyir, özü gəzir, özü də danışır. Heç kim narahat olmasın. Diqqətiniz üçün təşəkkür edirəm. Sevənlərinin duası ilə yaxşılaşıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427
avatar

Yalçın UĞUR

Oxşar yazılar