Şou-biznesin tanınmışları bu gün yanıltmac deyəcək
08 aprel 2015 13:40 (UTC +04:00)

Şou-biznesin tanınmışları bu gün yanıltmac deyəcək

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar veriləcək. Bu günki proqram zamanı əməkdar Firuzə İbadova, muğam ifaçısı Zakir Əliyev, müğənnilər Roza Zərgərli, Səyyad Əlizadə, Səidə Sultan yanıltmac söyləyəcəklər.  

 

Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur.

 

Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Yalçın UĞUR

Oxşar yazılar