Sevinc Musayeva yoruldu...və getdi
15 iyun 2013 11:16 (UTC +04:00)

Sevinc Musayeva yoruldu...və getdi

Müğənni Sevinc Musayeva sənətinə əlvida deyir. Lent.az-ın məlumatına görə, ifaçı sənətdən getməyini belə izah edib: “Mənim üçün nə qədər acı olsa da, gücümü toplayıb, sənətlə vidalaşdım. Artıq sənətdən gedirəm. Bacara bilmədim. Çünki həmişə tək vuruşdum. Ola bilsin bu qərarım çoxuna pis, çoxuna yaxşı təsir edəcək. Buna kədərlənən və sevinənlər bu şərəfə şampan partladacaqlar. Onlar nə düşünürlər, düşünsünlər. Mən yalnız Allahıma inanıram. Əsas odur ki, sənətdən getsəm də, alnım açıq, üzü ağ gedirəm. Bu sənətdə sözünü demiş sənətkarlardan tutmuş, dünən çıxan “ulduzcuq”lara kimi məni getdiyim düz yolumdan döndərmək istəyənlər oldu. Telefon zəngləri ilə hədələyənlər, bəzi efirlərdən uzaq salmaq istəyən şəxslərdə oldu. Amma mən yenə də Sevinc Musayeva olaraq qaldım. Sadəcə bu sənətdə yaxşı dəstək olmadığı üçün tək addımladım. Amma çox yoruldum. Boynuma alıram. Bundan sonra özüm üçün oxuyacam” – deyə o bildirib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Yalçın UĞUR

Oxşar yazılar