Xalq artisti Səməd Səmədov həyata keçirəcəyi layihələrdən danışıb. Lent.az-a açıqlama verən ifaçı deyib ki, xalq artisti Flora Kərimova ilə duet oxuyub: “Hər zaman olduğu kimi yaradıcılıq işlərimi fasilə vermədən davam etdirirəm. Hər il ifa etdiyim yeni mahnılardan ən azı 2-si hit olur. Bu da bir ifaçı kimi məni sevindirir. 2015-ci il başlayandan yeni mahnılar lentə aldırmışam. Onların arasında xalq artisti Flora Kərimova ilə ifa etdiyim duet də var. Duetimiz 6-8 ritmdədir. Flora xanım bu günə qədər 6-8 ritmdə mahnı ifa etməmişdi. Maraqlı alındığını deyə bilərəm. Həmin dueti bir neçə günə dinləyicilərin ixtiyarına verəcəyik. Bundan əlavə hazırda bütün diqqətimi həyata keçirəcəyim layihəyə yönəltmişəm. Həmin layihənin nədən ibarət olduğunu öncədən demək istəmirəm. Düşünürəm ki, həmin layihə maraqla qarşılanacaq. Bunun üçün foto-kameralar önünə keçərək müxtəlif obrazlarda fotosessiya da etdirmişəm”.
S.Səmədovun yeni fotosessiyasından olan şəkilləri təqdim edirik