Xalq artisti Səməd Səmədov növbəti xoş missiyaya imza atıb. Lent.az-ın məlumatına görə, ATV-nin “Gün üzü” verilişinə qonaq olan ifaçı kimsəsiz ağbirçəyi himayəsinə götürüb: “Kişinin sözü bir olar. Səməd dedi, bitdi. Mən bu qadına sahib çıxıram. Kimsəsiz analara, insanlara əl tutmaq bizim borcumuzdur. Hər şey yaxşı olacaq. Mən sizi öz himayəmə götürdüm”.
Xatırladaq ki, kimsəsiz qadının evində qonaq olan ifaçı ona bayram sovqatı da verib.
Qeyd edək ki, S.Səmədov bir müddət öncə də kimsəsiz 2 gəncə toy etmişdi.