"Napoli" azarkeşləri komandanın sabiq futbolçusu Qonzalo İquani "Yuventus"a keçdiyi üçün hələ də bağışlamayıblar.
Axşam.az Qol.az-a istinadən xəbər verir ki, qəzəbli azarkeşlər A seriyasında "Napoli" - "Yuventus" matçı öncəsi argentinalı hücumçunun şəklinin olduğu tualet kağızlarını satışa çıxarıblar.
Neapol küçələrində satılan bu tualet kağızlarına marağın çox olduğu bildirilir.
Qeyd edək ki, üç mövsüm "Napoli"də çıxış edən Q.İquain ötən mövsüm 90 milyon avroya "Yuventus"a transfer olunub.
"Napoli" - "Yuventus" görüşü bu gün keçiriləcək.