”Eurovision-2012” təmsilçimiz Səbinə Babayeva Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günləri çərçivəsində konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, Səbinə ilə yanaşı gecədə İsfar Sarabski və Şahin Növrəsli də səhnəyə çıxıblar. Müğənni S. Babayeva İsfar Sarabskinin onun üçün yazdığı "Blyuz" adlı yeni mahnını da təqdim edib. Sənətçimizin çıxışı avropalı qonaqlarla bərabər Fransa mediası tərəfindən maraqla qarşılanıb və geniş işıqlandırılıb.
1346