Ötən gün paytaxt məkanlarının birində müğənni Roza Zərgərli özünə təmtəraqlı ad günü keçirib. Lent.az-ın məlumatına görə, ifaçı doğum gününə ən yaxın dostlarını dəvət edib. Aparıcılığını Zabir Əliyevin etdiyi gecədə ilk söz elə səbəbkarın özünə verilib: “Əslində ad günüm martın 27-də idi. Amma Aprelin 1-də hər zaman qardaşımın doğum gününü qeyd edirdik. Özü xaricdədir. Yaradıcılıq işlərimin çox olduğuna görə, ad günümü aprelin 1-də qeyd elədim. Yaşımı gizlətməyəcəm. Bu gün 36 yaşım olur. Xoş günümə də elə də çox adam çağırmamışam. Yalnız mənə yaxın olan insanları dəvət eləmişəm”.
Onu da əlavə edək ki, gecəyə təşrif buyuran qonaqlar R.Zərgərliyə sürpriz hədiyyələr bağışlayıblar. İfaçı bildirib ki, ən gözlənilməz hədiyyəni övladlarından alıb. Belə ki, oğlu və qızı “Əziz anam” mahnısını onun ad günündə oxuyublar. Onların ifası zamanı isə R.Zərgərli ağlayıb.
Qeyd edək ki, ad günündə xalq artisti Arif Babayev, Brilliant Dadaşova, əməkdar artist Vəfa Zeynalova, Babək Niftəliyev, aşıq Ulduz, müğənnilər Sədaqət Ulduz, Boris Bayramov, İzzət Bağırov, rəqqasə Fatimə Fətəliyeva, prodüserlər Təranə Səmədova, Humay Muxtarova və başqaları iştirak edirdi.