Rəqsanə Azərbaycandan getdi
11 iyul 2013 13:09 (UTC +04:00)

Rəqsanə Azərbaycandan getdi

Müğənni Rəqsanə İsmayılova Azərbaycanı tərk edib. Müğənni Bakını tərk etməzdən   öncə Lent.az-a  bildirib ki, Türkiyəyə gedir: “ Yaradıcılıq işlərimin bir hissəsini Türkiyədə həyata keçirirəm. Orada yeni mahnılar yazdırıb, aranjeman etdirmişəm. Yazdırdığım  mahnıların əksəriyyətini ifamda eşitmisiniz. Amma bu dəfə həmin mahnıları “Remix” versiyada eşidəcəksiniz. Bundan əlavə yeni mahnılar da var. Türkiyədə görüləcək işlərim çoxdur. İşlərimi yekunlaşdırıb, yenidən Bakıya gələcəm. Çünki gələn ay  qızım Aysunun moda sərgisi keçiriləcək.

 

Qeyd edək ki, müğənni hava limanında çəkdirdiyi şəkilləri “İnstagram” səhifəsində paylaşıb. Həmin şəkilləri təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2642
avatar

Yalçın UĞUR

Oxşar yazılar