Müğənni-bəstəkar Rəhim Rəhimliyə yeni vəzifə verilib.
Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi yerli kanallardan birində direktor təyin edilib. O, bu xəbəri “10-dan sonra” verilişində qonaq olarkən təsdiqləyib.
R.Rəhimli kanalın adını gizli saxlayıb.
Qeyd edək ki, Rəhimin MUZ TV-də rəhbər vəzifəsinə təyin edildiyi deyilir.