Nadir Qafarzadə qəza törətdi
18 iyun 2013 13:51 (UTC +04:00)

Nadir Qafarzadə qəza törətdi

Bu gün tanınmış müğənni Nadir Qafarzadə Bakıda yol qəzasına düşüb. Lent.az-ın məlumatına görə, müğənni şəhərdə nəqliyyatın sıx olduğu ərazidə idarə etdiyi avtomobillə “Lexus” markalı maşını vurub. Nəticədə həm Nadir Qafarzadənin avtomobili, həm də digər avtomobilə ciddi ziyan dəyib.

 

Nadir Qafarzadə Lent.az-a bildirib ki, qəzadan sonra onun köməyinə dostu gəlib: “danışmaq istəmirəm, özümü yaxşı hiss etmirəm. Şəhər başdan-başa tıxacdır, maşın sürmək mümkün deyil. Əsəblərin yerində deyil. İndi həm öz maşınımı, həm də vurduğum maşını təmir etdirməliyəm”.

 

Qeyd edək ki, hadisə Bakıxanov küçəsində baş verib.

 

# 4684
avatar

Yalçın UĞUR

Oxşar yazılar