<b>Namiq Qaraçuxurlu:</b> <span style="color:red;">"Gəlirim azalıb"
11 aprel 2017 12:08 (UTC +04:00)

Namiq Qaraçuxurlu: "Gəlirim azalıb"

0

“Deyirlər, Namiqin dövranı gedib. Bəzi insanlar üçün bu, sevinc hissidir. Mən bazarda çalışırdım. Çörək puluna ehtiyacım var idi. Sənətə gələndə risk etdim, işdən çıxdım. İndi bəhrəsini də görürəm”.

 

Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “10-dan sonra” verilişində deyib.

 

Sənətçi bildirib ki, son günlər gəliri azalıb.

 

N.Qaraçuxurlu duet oxumamasının səbəbini də açıqlayıb: "O qədər uğurlu duetlərdən sonra qorxuram yenidən bu addımı atmağa. Məsuliyyət daşıyıram. Nə qədər özümü, adımı qoruyuramsa, o qədər az pul qazanıram və ya heç pul qazanmıram. Səviyyəmi qorumasam, qazanaram. Bozbaşlaşsam, haqqımda çox danışılacaq. Səviyyəyə doğru gedəndə adam tamaşaçısını itirir. Səviyyəli verilişlərə də az adam baxır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar