Tanınmış amerikalı komediya ustası Bill Kosi barəsində növbəti inanılmaz məlumat üzə çıxıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tanınmış model Cenika Dikinson mediaya açıqlama verərək bildirib ki, 32 il öncə komediya ustası tərəfindən cinsi təcavüzə məruz qalıb. Model deyib ki, B. Kosbi məcburi şəkildə ona psixatrob həb qəbul etdirib və öz çirkin niyyətini həyata keçirib. O, bildirib ki, 1982-ci ildə işi ilə əlaqədar olaraq Cosbidən məsləhət almaq üçün onunla görüşüb: “Mən onun təcavüzünə uğrayan 15-ci qadınam".
Komediya ustası isə açıqlamasında bu iddiaların yalan olduğunu deyib. O, həmçinin ad günü ərəfəsində planlaşdırdığı xüsusi proqramı təqdim etməkdən imtina edib.
Qeyd edək ki, daha əvvəl 2 qadın Bill Kosbi tərəfindən zorlandığını ictimailəşdirmişdi.