“Taksi” filmindən tanıdığımız fransız aktyor Semi Naseri bu gün Bakıya gəlib. Məşhur aktyorun paytaxtımıza səfərində məqsədi müğənnin Röyanın “Günahsız günahım” klipinin təqdimat mərasimində iştirak etməkdir. Fransalı aktyor sabah Röya ilə birgə ATV telekanalında yayımlanan “Gün keçir” proqramında qonaq olacaqlar.
Bir neçə saat öncə Bakıya gələn fransız aktyor Semi Naseri elə hava limanındaca Lent.az-ın sualların cavablandırıb.
-Bakıya xoş gəlmisiniz. Bildiyimiz qədəri ilə bu sizin Bakıya ilk gəlişinizdir. Bir az səfəriniz barədə danışardınız.
-Çox şadam ki, bu gün mən Bakıdayam. Sizlərin də bildiyi kimi Bakıda olmağımın səbəbi, müğənni Röyanın klipində rol almağımdır. Həmin ekran işində sizin Röyanızın tərəf müqabiliyəm. Yenə də “Taksi sürücüsü” obrazını canlandırıram. Röya ilə bir layihə üçün araya gəldiyim üçün məmnunam.
-Röya ilə klipin çəkilişləri zamanı dil probleminiz olmadı ki?
-Sözün düzü bir birimizin dilini anlamasaq da əl hərəkətləri ilə bir – birimizi yaxşı başa düşürdük. Onun gözəl aktrisalıq qabiliyyəti var. Düşünürəm ki, yaxşı bir klip ərsəyə gəlib.
-Bilirsinizmi sabah Röyanın ad günüdür?
-Bəli bilirəm. Onu təbrik etmişəm.
-Hədiyyə almısınızmı?
-Hədiyyədə almışam. Sadəcə böyükdür deyə, onu təyyarədən endirməmişik.
-Bakıya kimlə gəlmisiniz?
-Tək deyiləm. Menecerimlə bir də Röyanın klipini çəkən rejissoru Charly Clodionu ilə birgə gəlmişəm.
-Ailə həyatı qurmusuunuzmu?
-Hələ ki, bu gün subayam. Təbii ki, zarafat edirəm. Ailəliyəm.
-Taksi sürməkdən yorulmamısınız ki?
-Yox, yorulmamışam. Sadəcə Taksini sürməkdən başım ağarıb. Yəqin ki, «Taksi» filiminin ardı olmayacaq. Artıq bu qədər bəs edər.
Fotolar Lent.az-ındır