Müğənni Manaf Ağayev böyük oğluna toy edir. Lent.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, məclis sentyabrın 22-də baş tutacaq.
“Niel” şadlıq sarayında keçiriləcək toya şou-biznes nümayəndələri də dəvət olunublar.
Qeyd edək ki, M.Ağayevin Elçin və Müşviq adlı iki oğul, Səmayə adlı bir qız övladı var. Sənətçinin qızı ailəlidir.