
Könül Xasıyeva üçün bir araya gələcəklər
Uzun müddətdir ağır xəstə olan xalq artisti Könül Xasıyeva ilə bağlı xeyriyyə tədbiri keçiriləcək.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, konsert iyulun 21-də saat 17:00-da baş tutacaq.
Muğam ifaçısına dəstək məqsədilə keçirilən tədbirdə sənət adamları iştirak edəcəklər.
Qeyd edək ki, onurğa iflicindən əziyyət çəkən K.Xasıyeva hazırda müalicə alır. Özü ilə yanaşı oğlu Kazımın da səhhətində problem olan ifaçı deyib ki, bütün var-dövlətini övladının müalicəsinə sərf edib. O, hətta hazırda evsiz olduğunu bildirib.
K.Xasıyevanın müalicəsini aparıcı Hacı Nuran Hüseynovun “Həyat” fondu qarşılayır.
Tədbirdən əldə olunan gəlir muğam ifaçısına veriləcək. Mərasim “Loqos” psixologiya və nitq mərkəzinin binasında olacaq.
Oxşar yazılar

Röya atasını itirdi
11 avqust 2025 , 17:24
Məşhurların qeyri-adi pəhrizləri: Siqaret, qəhvə, su və...
11 avqust 2025 , 13:17
Məşhur aktrisa Türkiyə zəlzələsində əmisini itirdi
11 avqust 2025 , 12:02
Polisin “dayan” əmrinə tabe olmayan Tatlısesin qızı - “Psixologiyam pozuldu”
9 avqust 2025 , 15:56
Günay İbrahimli Şanxaya getdi - VİDEO
9 avqust 2025 , 15:05
Brandon Stone tezliklə Yaban Sea Breeze-də! - Emin Ağalarov anons etdi
8 avqust 2025 , 16:06
Pərəstişdən, nifrətə: Xalqın sevgisini itirən 10 ulduz
8 avqust 2025 , 14:49