Bir neçə həftə əvvəl sevgilisi Tümer Metindən ayrılan aktrisa Qamze Topuz onunla Nişantaşında üz-üzə gəlib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Metin keçmiş sevgilisini görərkən getdiyi məkandan ayrılmaq istəyib. Lakin Qamze onun əlindən tutaraq “Xahiş edirəm getmə, qal danışaq” deyib.
Tümer keçmiş sevgilisinin sözünü yerə salmayaraq onunla məkana qayıdıb. Bir qədər danışan cütlük daha sonra əyləncəyə birlikdə davam edib.