Bir neçə gün əvvəl ağır xəstəlik üzündən dünyasını dəyişmiş türkiyəli müğənni Kayahan həyat yoldaşı İpək Açara miras buraxmağı unutmayıb.
Lent.az-ın “trend”-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Milliyyət” qəzeti yazıb. Belə ki, müğənninin son 5 ildə bəstələdiyi və heç kimin eşitmədiyi mahnıları İ.Açar səsləndirəcək.
Müalicə alması səbəbindən son 5 ildə albom çıxara bilməyən Kayahan bu müddət ərzində xeyli sayda mahnı yazıb.
İ.Açar həmin mahnıları bu ilin payızında təqdim edəcək.