Kayahan torpağa tapşırıldı
04 aprel 2015 21:39 (UTC +04:00)

Kayahan torpağa tapşırıldı

Dünən vəfat edən məşhur türkiyəli müğənni Kayahan son mənzilə yola salınıb.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, dəfnə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənazə namazı da qılıb.

 

66 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən Kayahanla vida mərasimi Teşvikiye məscidində keçirilib. Mərasimə onun xanımı İpek Açar, qızları Adlı Gönül və Beste, tanınmış sənətçilər Hakan Peker, İskender Paydaş, Oya Başar, Erol Evgin və başqaları qatılıblar.

 

Mərasimdə Ərdoğan da iştirak etdiyinə görə məscid ətrafında təhlükəsizlik tədbirləri gücəndirilib.

 

Kayahanın türk bayrağına sarınan tabutu çiçəklərlə bəzədilib. Mərhum müğənninin cənazəsi Kanlıca qəbiristanlığında torpağa tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar