İlhamə Quliyevanın mətbuat katibindən açıqlama
20 iyul 2013 15:15 (UTC +04:00)

İlhamə Quliyevanın mətbuat katibindən açıqlama

Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli mediaya müraciət ünvanlayıb.

Lent. az-ın məlumatına görə, müraciətdə bildirilir ki, son vaxtlar bəzi internet portallarında onun adından həqiqətəuyğun olmayan açıqlamalar yayılır:

“ İlhamə xanımın mətbuat katibi kimi hər hansı bir xəbəri yaymamışdan əvvəl ilk olaraq jurnalistlərin özləri ilə telefon əlaqəsi saxlayır və təmsil etdiyi sayta, qəzetə şəxsi elektron poçt ünvanımdan məktub göndərirəm. Bir neçə dəqiqə sonra zəng edib məktubun çatıb - çatmaması ilə maraqlanıram. Xahiş edirəm ki, mənim adımdan mənbəyi bəlli olmayan məktublar, məlumatlar yayılmasın. Əks təqdirdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm. KİV qaydalarına əsasən, jurnalist verilən məlumatın mənbəyini və doğru olub-olmadığını araşdırmalıdır. Hörmətli jurnalistlər, əgər sizə mənim adımdan məlumat çatdırılsa, telefonuma zəng etməklə xəbərin düzgün olub-olmadığını soruşun” .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Yalçın UĞUR

Oxşar yazılar