İlhamə Quliyeva yenidən Nazpərini məhkəməyə verdi
29 aprel 2013 13:36 (UTC +04:00)

İlhamə Quliyeva yenidən Nazpərini məhkəməyə verdi

Bu gün İlhamə Quliyeva Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldılmasını və işgüzar nüfuzuna xələl gətirməsini əsas gətirərək qaldırdığı iddia üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə yenidən müraciət edib.


 

İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva APA-ya açıqlamasında müştərisinin imzaladığı ərizənin məhkəməyə bu gün təqdim olunduğunu açıqlayıb : “Bir neçə gün öncə mətbuatda ərizə ilə bağlı yanlış məlumat gedib. Mən onlara ərizənin İlhamə xanım tərəfindən imzalandığını söylədiyim halda onlar ərizənin məhkəməyə təqdim olunduğu haqda məlumat yayıblar. Ərizə məhkəməyə bu gün təqdim olunub”.

 

Qeyd edək ki, İ. Quliyevanın Daxili İşlər Nazirliyinə ünvanladığı, daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində göndərdiyi şikayət ərizəsi  Yasamal Rayon Məhkəməsində tutarlı yazılmaması əsas gətirilərək qəbul edilməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2243
avatar

Oxşar yazılar