Ərindən boşanan müğənni İlahə İbadova şəxsi həyatı ilə bağlı açıqlama verib. Lent.az-ın məlumatına görə, “Düzünü desək” verilişinə qonaq olan ifaçı bildirib ki, o, bir neçə il öncə “Azad Azərbaycan” telekanalının qarşısında keçmiş həyat yoldaşı tərəfindən döyülüb: “Keçmiş həyat yoldaşım məni ATV-nin qabağında döymüşdü. Həmin vaxt verilişdən çıxıb, evə gedirdim. Qarşımı kəsdi və məni döydü. Köməkçim oğlan da yanımda idi. Bəhanə gətirdi ki, “niyə köməkçin oğlandır?” Hətta o məni döyən zaman köməkçim araya girdi ki, ayırsın. Dedim yox, “sən get, ailə söhbətimizə qarışma”.
Qeyd edək ki, İ.İbadova öz həmkarı ilə ailə qurmuşdu. Həmin evlilikdən övladları da var.