Avtomobillərdə süni intellekt köməkçisi şəxsi məlumatlarla əlaqələndirilir
21 oktyabr 2026 05:26 (UTC +04:00)

Avtomobillərdə süni intellekt köməkçisi şəxsi məlumatlarla əlaqələndirilir

0

 

“Google” şirkəti “Gemini” süni intellekt köməkçisinin avtomobillərdəki imkanlarını genişləndirir.

Lent.az xəbər verir ki, yeni funksiya istifadəçinin icazəsi ilə “Gmail”, “Google Calendar” və “Google Maps” kimi xidmətlərdəki məlumatlardan yararlanaraq fərdiləşdirilmiş cavablar verəcək.

Məsələn, sürücü uçuşunun vaxtını, görüşünün ünvanını və ya şəxsi seçimlərinə uyğun restoranları səsli şəkildə soruşa biləcək. “Gemini” müvafiq məlumatları əlaqəli xidmətlərdən taparaq sürücüyə təqdim edəcək.

Yeniliyin “Android Auto” vasitəsilə mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır.

İstifadəçilər şəxsi məlumatlara çıxış icazəsini özləri idarə edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar