Gülayın CeyLo qarderobuna sevgisi
21 sentyabr 2019 19:34 (UTC +04:00)

Gülayın CeyLo qarderobuna sevgisi

Müğənni Gülay Zeynallı dünya ulduzu Cennifer Lopesin qarderobuna müraciət edib.

Lent.az xəbər verir ki, hər zaman açıq-saçıq geyimlərlə dünya mediasını bəzəyən CeyLo libaslarına milyonlar xərcləyir. Gülay isə müğənninin bir neçə paltarını daha qapalı versiyada hazırlatdırmağa çalışır.

Bu günlərdə qara libasla obyektiv qarşısına keçən G.Zeynallının istifadə etdiyi paltar Cenniferin "Variety" dərgisi üçün çəkdirdiyi fotosessiyadakının eynisidir.

Yeni rol aldığı "Hustlers" filmi ilə bağlı müsahibə verən CeyLo qara tül geyimə üstünlük verib. Açıq-saçıq geyinə bilməyən Gülay da həmin paltarın qapalı versiyasını moda evlərindən birində hazırlatdırıb.

Müğənninin digər Lopez paltarı isə ağ uzun geyim olub. Paltarı üstü qaşlı tül tamamlayıb. CeyLonun 2011-ci ildə "Golden Globe Awards"da geyindiyi paltarın uzun yarığı olsa da, gülay sadə versiyaya üstünlük verib. Modelyer Zuhair Muradın kolleksiyasından olan paltarın həmin vaxt ingilis mediası 17999 dollar olduğunu yazmışdı.

Gülayın qarderobundakı növbəti CeyLo paltarı isə biserli don olub. İfaçı Lopezin şüşələrdən hazırlanan donunun modelini təkrarlamağa çalışıb. Amma şeşəli parça tapmadığı üçün onu biserli ilə əvəzləyib. dünya ulduzunun libasının markası "Tom Ford"ur.

Gülayın Cenniferdən kopyalamağa çalışdığı daha bir libas qara midi don olub. Lopesin David Koma kolleksiyasından olan paltarının yuxarısı güzgü qırıntıları ilə bəzədilib. Gülay isə həmin yeri biserli parça ilə əvəzləyib.  (axşam.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3214
avatar

Oxşar yazılar