“Hazırda Buzovnada olan evimizdəyəm”. Bu sözləri Lent.az-a açıqlamasında azadlığa çıxan müğənni Fəadyə Laçın deyib. O, bildirib ki, bu gün səhər azadlığa buraxılıb: "Səhər saat 09:00-da çıxdım, məni qarşılamağa heç kim gəlməmişdi, indi anamgilə gedirəm. Buzovnaya".
Fədayə Laçın AZADLIĞA ÇIXDI - YENİLƏNİB
09:30
Müğənni Fədayə Laçın bu gün azadlığa çıxıb. Lent.az-ın məlumatına görə, bu barədə ifaçının müğənni bacısı İlahə Fəda deyib. O, bildirib ki, bacısı Fədayə Laçın bu dəqiqələrdə 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, F.Laçın Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə, 2017-ci ilin oktyabrın 30-da həbs edilmişdi. O, cəzasını 2 il çəkib.
3093