Rəqqasə Fatimə Fataliyeva ilə prodüser Təranə Səmədova birgə çalışacaqlar. Lent. az-a açıqlama verən rəqqasə bildirib ki, artıq bu gün bunu rəsmiləşdirəcəklər: “Təranə ilə bir neçə müddət idi ki, birgə çalışmaq fikrində idik. Bu yaxınlarda isə qərara gəldik ki, birgə işləyək. Təranə ilə çoxdan rəfiqəlik edirəm. Bir çoxu onu qalmaqallı prodüser adlandırsa da mən bu fikirdə deyiləm. Çünki illərdir tanıyıram. Güman edirəm ki, işbirliyimiz uzun müddətli olacaq”.
Qeyd edək ki, rəqqasə Fatimənin yeni prodüseri Təranə Səmədova bir müddət bundan öncə müğənni Günay İbrahimli ilə işləyirdi. Hazırda o, Fatimə ilə yanaşı müğənni Fəqan Səfərov və Nəsimi Məmmədovla da bir yerdə çalışır.