Əməkdar artist Elza Seyidcahanın yeni şəkilləri yayılıb. Lent. az-a açıqlama verən müğənni bildirib ki, o, fərqliliyi ilə həmkarlarından seçilir: “Həmişə olduğu kimi, bu dəfə də çəkdirdiyim yeni şəkillərlə bir çoxlarını təəccübləndirdim. Azərbaycan şou-biznesində qeyri – adi layihələr və obrazlar mənim adımla bağlıdır. Hələ bir neçə gözlənilməz layihəm də var. Düşünürəm ki, yeni fotosessiyam uğurlu alınıb”.