Əməkdar artist Elza Seyidcahan iyulun 27-də Mərdəkanda “Su şousu” adlı solo konsert verməyə hazırlaşır. Öz təəssüratlarını Lent. az-la bölüşən müğənni bunun analoqu olmayacaq konsert adlandırıb: “ Konsertimə sayılı günlər qaldı. Elə şeylər eləmişəm ki, tamaşaçılar baxıb, şoka düşəcəklər. Bir damla suyun içindən çıxacam. İndi düşünürsünüz ki, bu necə ola bilər? Bax, bu, sual olaraq qalsa yaxşıdır. Konsertdə bu suala cavab tapacaqsınız. Sürprizlərim bununla bitmir. Səhnədə məndən əlavə, canlı balıqlar da olacaq. Hələ tort mərasimi də, əlavə 2-3 sürpriz də var. Öncədən söyləmək niyyətim yoxdur, özünüz görəssiniz. Bütün bunlardan əlavə, eksklüziv, “Yusif” adlı mahnı ifa edəcəm. Mahnının adının niyə “Yusif” adlandığı da orda məlum olacaq ”. Konsertdə Nadir Qafarzadə İlhamə Quliyeva, Brilliant Dadaşova, Mətanət İsgəndərli, Elnur Məmmədov, Elnarə Xəlilova, Samirə Allahverdi və adını sadalamadığım digər məşhurlar iştirak edəcəklər.
Qeyd edək ki, sənətçinin konsertində oğlu Ələkbər və bacısı Rasimənin də ifası gözlənilir”.