Əli Musayev: “Təranə, sənin keçmişin nə olub? Nə üstündə ayrılmısan? Niyə boşanmısan?”- MÜSAHİBƏ
25 aprel 2013 13:46 (UTC +04:00)

Əli Musayev: “Təranə, sənin keçmişin nə olub? Nə üstündə ayrılmısan? Niyə boşanmısan?”- MÜSAHİBƏ

Müğənni Musa Musayevin qardaşı Əli Musayevin Lent. az-a müsahibəsi:

 

 

 -  ANS televiziyasında Təranə Qumralın  dediyi fikirlər həqiqətdirmi? O, deyib ki, sizə maddi baxımdan yardım edib.

 

- Onların çıxışlarına baxdım. Guya, Təranə mənə avtomobil, əyin – baş, telefon, alıb. Alıbsa sübut etsin. Hansı dükandan alıb? O mənə heç nə almayıb. Mənim buna ehtiyacım da yoxdur. Hazırda Musa Musayevin avtomobili bankdadır. Onun pulu olsaydı, gedib  keçmiş həyat yoldaşının maşının çıxarardı. Əksinə, geyimləri Musaya mən  almışam. Onların puluna qalmamışam. Özümün evim, işim qazancım da var. Bu ayın 14 – də, Musa zəng edib dedi ki, 17- ci polis bölməsindəyəm, gəl məni qurtar. Mən də getdim, onu gətirdim və bir neçə gün ona qulluq elədik. Çünki, onun gedəcəyi başqa yeri yoxdur.

 

- Qardaşınızın keçmiş həyat yoldaşını  şəmkirli biznesmenlə tutmasına inanırsınızmı? Ümumiyyətlə, belə bir şey olubmu?

 

- Xeyir, o barədə  nəsə deyə bilmərəm. Çünki görməmişəm. Eşitdim ki, guya Musa onu kişi ilə tutub.  Əgər tutubsa, buna Musanın özü cavabdehdir.  Məncə belə şey ola bilməz. Həm də sizə deyim ki, on yeddi ildir, mənim onlardan xəbərim yoxdur.  Təranə ilə üz-üzə də gəlməmişəm. Sadəcə,  zəngləşmişik. Təranənin iradları olub ki, Musa bu pulları hara xərcləyir?

 

 

 

- Qardaşının Cabbarın  Təranə Qumral barədə söylədiyi açıqlamalara münasibətiniz?

 

-  Cabbarın öz fikridi. O, istəmirdi ki, onların evliliyi baş tutsun. Musa da onun sözlərinə əhəmiyyət vermədi, Təranə ilə evləndi. Cabbar o xanımın keçmişinə bələddir,  incəsənət adamıdır, oradakı  insanlar barədə informasiyası daha çoxdur. Elə o vaxtdan da Musa ilə küsülüdür.

 

- Bəs, Təranə Qumralın Cabbar Musayevə söylədiyi fikirlərə nə deyərdiniz?

 

- Cabbar qeyrətli qardaşdır. Təranənin bu fikri ilə razı deyiləm.  Sizin sayt vasitəsi ilə üzümü o qadına tutub, deyirəm ki, bəsdir yalan danışdın. Bütün xalq bilir ki, Cabbarın təmiz bir ailəsi var. Siz ona sual verin ki, Təranə, sənin keçmişin nə olub?  Nə üstündə ayrılmısan? Niyə boşanmısan? Öz gözündə tiri görməyib, başqasında nəsə axtarmaq lazım deyil. Əmimdən sonra mənim ağsaqqalım odur.  Cabbarın həyat yoldaşı bizim böyük gəlinimiz, bacımızdır. Namuslu, qeyrətli bir qadındır. Onu Təranə ilə eyni tərəziyə qoymaq olmaz. Kaş, bütün qardaşlar Cabbar kimi olsun.

 

 

 

- Yəqin Musa Musayevin ananız barədə  dediyi sözləri də eşitdiniz?

 

- Ana müqəddəs varlıqdır. Yetmiş beş yaşlı bir ana oğluna nə arzulaya bilər? Hər zaman deyib ki, onunla ailə  qurmusan, dolan. Ana heç vaxt istəməz ki, oğlu gedib küçələrdə qalsın. Musanın gözündən gəlsin. Heç anasından xəbəri var? Heç bir dəfə anasına dərman alıb. Buna görə də onun ana barədə nəsə söyləməsi düzgün deyil.

 

 

- Nədənsə, bu məsələlərə əminiz Niyammədin Musayev heç bir münasibət bildirmədi...

 

-  Bu məsələ əmimin Bakıda olmamağına görə baş verdi. Əmim paytaxtda olsaydı, Musanın duxu çatmazdı belə  söhbətlər eləsin, canlı efirə çıxıb ağzına gələni danışsın. Əmim hələ Moskvadadır. Şou  hələ qabaqdadır. Əmim Bakıya qayıdandan sonra  jurnalistləri başına cəm edib, bu məsələyə aydınlıq gətirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6651
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Məşhur toy qiymətlərini  açıqladı

Məşhur toy qiymətlərini açıqladı

5 iyul 2024 , 17:45
Azərbaycanlı aktrisa 1 milyonluq saat   taxır? - Özü danışdı

Azərbaycanlı aktrisa 1 milyonluq saat taxır? - Özü danışdı

5 iyul 2024 , 17:06
“Məni bir ton kömürə satdılar” - Məşhur aktyor

“Məni bir ton kömürə satdılar” - Məşhur aktyor

5 iyul 2024 , 16:40
Əməkdar artist  “Green Card” uddu - Ölkədən  gedir?

Əməkdar artist “Green Card” uddu - Ölkədən gedir?

5 iyul 2024 , 14:48
Burak Özçivitin göbəyi pərəstişkarlarını MƏYUS ETDİ

Burak Özçivitin göbəyi pərəstişkarlarını MƏYUS ETDİ

5 iyul 2024 , 14:35
Ulduz aktyor maşından tullanıb insanlara hücum etdi

Ulduz aktyor maşından tullanıb insanlara hücum etdi

5 iyul 2024 , 14:09
Xatirə İslam  ikinci bağ evini aldı

Xatirə İslam ikinci bağ evini aldı

5 iyul 2024 , 13:30
Nəfəsin canlı ifası tənqid olundu

Nəfəsin canlı ifası tənqid olundu

5 iyul 2024 , 12:25