Ronaldo gizli reklama görə  cərimələnə bilər - İDDİA
05 iyul 2024 13:43 (UTC +04:00)

Ronaldo gizli reklama görə cərimələnə bilər - İDDİA

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo Avropa çempionatındakı gizli reklama görə cərimələnə bilər.

Lent.az bildirir ki, bu barədə “Goal” xəbər verir.

Ronaldo ən qabaqcıl fitnes qolbaqları istehsal edən şirkətin səfiri olub. Portuqaliya millisinin Avropa çempionatının ⅛ finalında Sloveniya üzərində qələbəsindən sonra.

Qolbaq şirkəti sosial şəbəkələrdən birində Kriştiano Ronaldonun oyun zamanı, xüsusən də penalti zərbəsi seriyasından əvvəl və qalib zərbədən sonra nəbzi ilə bağlı məlumatları dərc edib. Portuqaliya yığmasının kapitanının ürək döyüntüsü penalti zərbəsinə qədər dəqiqədə 103-ə düşüb.

Sponsorluq üzrə marketinq eksperti Rikardo Fortun fikrincə, şirkət və bununla da Ronaldo UEFA qaydalarını pozub və cərimələnməlidir.

Ronaldo Avro 2024-də dörd oyun keçirib, lakin hələ də qol vura bilməyib. O, qrup mərhələsində Türkiyə ilə oyunda (3:0) bir məhsuldar ötürmə edib. 39 yaşlı futbolçu 6-cı Avropa çempionatında iştirak edir.

Portuqaliya millisi Avro-2024-ün 1/4 finalında Fransa millisi ilə qarşılaşacaq. Görüş iyulun 5-də Hamburqdakı “Folksparkstadion”da baş tutacaq.

Avropa çempionatı Almaniyada keçirilir və iyulun 14-də başa çatacaq. Qitə birinciliyinin son qalibi İtaliya yığması İsveçrəyə 0:2 hesabı ilə uduzaraq ⅛ final mərhələsində mübarizədən kənarda qalıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Oxşar yazılar