Bloger Hüseyn müflis  olur
05 iyul 2024 11:59 (UTC +04:00)

Bloger Hüseyn müflis olur

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov bahalı və lüks həyatını itirməkdədir. 

Lent.az-ın xəbərinə görə, bu brədə Rusiya mətbuatı məlumat verir. Verilən məlumata görə,

Hüseyn demək olar ki, bütün gəlir mənbələrini və əmlakını itirə bilər. 

 Problem vergi orqanlarının onun 40 faiz paya sahib olduğu “Banda Foods” şirkətinin hesablarını blokladıqdan sonra başlayıb.  Hüseyn Həsənov sosial şəbəkələrdə borcunu ödədiyini desə də, “Komsomolskaya pravda” şirkətin hesablarının hələ də blokda olduyğunu deyib.

Vergi orqanları “Banda Foods” şirkətinin ləğvinə qərar verib. Hüseynin konsaltinq və informasiya xidmətləri göstərən “Banda” şirkətinin təsisçilərindən ayrıldığı məlum olub. Vergi orqanları Həsənovdan əmlakı, yəni ilkin dəyəri 7 000 000 rubl olan “Chevrolet Tahoe” avtomobili, ilkin dəyəri 35 000 000 rubl olan “Rolls-Royce” avtomobili və Moskva şəhərində 123,8 kv.m sahəsi olan binalarını geri almaq istəyirlər. Evlərin ilkin dəyəri 70 000 000 rubldur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4176
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar