Mətbəximizdə gizli təhlükəyə  çevrilən falqalar: Adamı dəli edir  – Mütəxəssis AÇIQLADI
05 iyul 2024 17:19 (UTC +04:00)

Mətbəximizdə gizli təhlükəyə çevrilən falqalar: Adamı dəli edir – Mütəxəssis AÇIQLADI

Alüminium falqalar mətbəxdə xanımların sevimli köməkçisinə çevrilib. Onu xüsusilə yeməklərin daha uzun müddət isti qalması üçün istifadə edirlər. Bəs, alüminium falqanın qidalara zərərləri nədən ibarətdir?

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, son illərdə dünyada, eləcə də Azərbaycanda qidaları saxlayarkən və bişirərkən alüminium falqalardan istifadə olunur. 

Onun sözlərinə görə, burada əsas məqsəd insanların rahatlığını təmin etmək olsa da, alüminium falqa sağlamlıq üçün heç də faydalı deyil:

“Alüminium falqalardan istifadə edərkən bəzi məqamlara diqqət etmək lazımdır. Çünki elə qidalar var ki, onları alüminium falqaya bükmək olmaz. Həddindən artıq duzlu və turş qidaları alüminium falqada saxlamaq düzgün deyil. Həmçinin tərkibi ədviyyatlı olan qidaları alüminium falqalarda saxlamamaq lazımdır. Çünki həmin qidalara alüminiumun kiçik hissələri keçir. İnsanın gün ərzində alüminium istehlakı çoxalır. Bu da orqanizmdə müəyyən problemlərin yaranmasına səbəb olur. Xüsusilə də turşular, tərkibi C vitamini ilə zəngin olan meyvələr, “fast food” kimi qidalar alüminium falqada saxlanılmamalıdır. Əks təqdirdə reaksiya daha sürətli şəkildə gedir. Alüminium falqa həm soyuq, həm də isti temperaturda həmin qidanın çirklənməsinə səbəb olur. Orqanizmin həddindən artıq qəbul etdiyi alüminium nəticəsində xəstəlik tez baş vermir. Sonradan insan orqanizmdə müəyyən fəsadlara yol açır. Bundan əlavə aqressivlik yaradır, mərkəzi sinir sisteminin pozulmasına səbəb olur. Bu səbəbdən mümkün qədər alüminium falqalardan az istifadə olunmalıdır. Alüminium falqanın əvəzinə qidanı yağlı kağızlarda saxlamaq daha məsləhətlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5769
avatar

Arzu Qurbanlı

Oxşar yazılar