Bakıdakı kütləvi davaya görə bir nəfər tutulub.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Dəmirov Mürşüd Mehman oğlu polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
saat 09:22
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Dəmirov Mürşüd Mehman oğlu aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlunu döş qəfəsindən bıçaqlayıb.
Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü İbrahimov Kamran Bəylər oğlu qarın nahiyəsindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi açılıb. Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.