“Məni bir ton kömürə satdılar” - Məşhur aktyor
05 iyul 2024 16:40 (UTC +04:00)

“Məni bir ton kömürə satdılar” - Məşhur aktyor

Türkiyəli məşhur aktyor Mahir İpek hansı gündə doğulduğunu bilmədiyini deyib.

Lent.az-ın xəbərinə görə, atası bələdiyyədən bir ton pulsuz kömür ala bilmək üçün onun doğulduğu ili və günü  gec qeydiyyata aldırıb.

“O zaman yeni doğulmuş körpəsi olanlara dövlət bir ton pulsuz kömür verirmiş. Mən payızda doğulsam da, atam doğum günümü yeni ilin yanvarın 22-nə yazdırıb. Lakin hansı gün anadan olduğumu yadda saxlamayıblar. Bu barədə bir neçə dəfə evdə ana-atamdan soruşdum, aralarına mübahisə, dava düşdü, mən də sonralar soruşmağa cəsarət etmədim. Məni bir ton kömürə satdılar”,- deyə o zarafatla bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5034
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar