Bakıda gənc qız binadan düşüb öldü - İntihar, yoxsa ehtiyatsızlıq?
05 iyul 2024 16:53 (UTC +04:00)

Bakıda gənc qız binadan düşüb öldü - İntihar, yoxsa ehtiyatsızlıq?

Bakıda gənc qız binadan yıxılaraq ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb. 

Rayon sakini, 29 yaşlı İlhamə Hacıyeva yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Hadisənin intihar, yoxsa ehtiyatsızlıqdan baş verməsi araşdırılır.

Faktla bağlı Pirallahı rayon prokurorluğunda iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4758
avatar

Fidan İlqar

Oxşar yazılar