"Cənnət guşələri" su altında qala bilər - XƏBƏRDARLIQ
05 iyul 2024 15:27 (UTC +04:00)

"Cənnət guşələri" su altında qala bilər - XƏBƏRDARLIQ

İspaniyanın Kanar adalarında məşhur “cənnət” kurortları bəşəriyyət üçün ən böyük problemlərdən biri olaraq qalan qlobal istiləşmənin artması səbəbindən su altında qala bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar Kanar adalarının sahilyanı ərazisinin (150 kilometr) təhlükə altında ola biləcəyindən narahatdırlar.

21-ci əsrin sonunda bu bölgədə suyun səviyyəsi bir metr arta bilər. Mütəxəssislər hazırda 50-yə yaxın risk zonasını müəyyən ediblər. İndi bu amil fəal şəkildə öyrənilir və vəziyyəti yaxşılaşdırmaq üçün variantlar nəzərdən keçirilir. Artıq hakimiyyət problemin həlli üçün 2 milyon dollar ayırıb.

Riskin episentri San Sebastian de la Gomera, Santa Cruz de La Palma və Los Angeles Cristianosdur. Qlobal istiləşmədən ilk olaraq çimərliklər, daha sonra isə bəndlər təsirlənəcək. Bəzi sakinlər evlərini tərk etməli ola bilər.

Əgər bu “cənnətlər” su altında qalarsa, İspaniya turizm sektorundan aldığı böyük gəliri itirəcək. Alimlər bir daha qeyd edirlər ki, vəziyyət yaxın gələcəkdə düzəlməzsə, bəşəriyyət çoxlu çətinliklərlə üzləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3960
avatar

Fidan İlqar

Oxşar yazılar