İyulun 6-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil.