5 direktor işdən çıxarıldı,  28-nə TÖHMƏT VERİLDİ
05 iyul 2024 13:17 (UTC +04:00)

5 direktor işdən çıxarıldı, 28-nə TÖHMƏT VERİLDİ

Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.

Bu barədə Lent.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məlumat verilib. 

Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

Monitorinqlər davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5199
avatar

Fidan İlqar

Oxşar yazılar