Masallıda bədbəxt hadisə baş verib.
Prokurorluqdan Lent.az-a verilən məlumata görə, iyulun 4-də Masallı rayonunun Qızılağac kəndi ərazisində qeydə alınıb.
1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılov elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılıb almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.