Eldar Qasımovun yeni klipi ilk dəfə Lent.az-da - <span style="color:red;">VİDEO
26 yanvar 2017 18:12 (UTC +04:00)

Eldar Qasımovun yeni klipi ilk dəfə Lent.az-da - VİDEO

“Eurovision-2011”-in qalibi Eldar Qasımovun yeni klipini ilk dəfə Lent.az-da izləyə biləcəksiniz. Sizlərə “Tell me about Love” mahnısına çəkilmiş klipi təqdim edirik.

 

Qeyd edək ki, klip bu gün ilk dəfə mediaya təqdim edilib.

 

15:18

 

“Eurovision-2011”-in qalibi Eldar Qasımov ifa etdiyi “Tell me about Love” mahnıya çəkilmiş klipi mediaya təqdim edib.

 

Lent.az-ın məlumatına görə, təqdimat keçirən ifaçı bildirdi ki, ekran işi qəmli sevgi hekayəsindən bəhs edir, hansı ki, bir çox sınaqlardan keçib, lakin bir şeyə qalib gələ bilmir – sadiqlik: “Ekstremal soyuq hava şəraiti, yaradıcı heyətin yüksək hərarəti, generatorun işlək vəziyyətdən çıxması və hətta yandırılmış avtobus – bunların hamısı mənim klipimdə baş verdi. İnanıram ki, yeni mövsümdə təqdim etdiyim ilk klip bəyəniləcək”.

 

Qeyd edək ki, bəstənin müəllifləri Eldar Qasımov və Orxan Bağırovdur. Klipin prodüseri isə məşhur İsveç bəstəkarı İohan Yembtberqdir. Ekran işinin ərsəyə gəlməsində əməyi olan komanda “Empire Entertainment”dir. Klipin rejissoru və ssenari müəllifi gənc və istedadlı İlkin Şirinli, videonun musiqi redaktoru Aleks Anişenko, quruluşçu prodüseri Murad Qurbanov, “Empire Entertaiment”in baş direktoru Ömər Əbdülkərimovdur. Klipdə əsas rollarda “Alarm Dance Crew”un rəqqasları Leyli Mişina, Ramil Məmmədli çıxış ediblər.

 

# 200
avatar

Yalçın UĞUR

Oxşar yazılar