Dima Bilan əməliyyat olunacaq
06 mart 2017 22:46 (UTC +04:00)

Dima Bilan əməliyyat olunacaq

Müğənni Dima Bilan xəstəxanadadır.

 

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ifaçı özü bildirib.

 

Belə ki, Dima “ZD AWARDS” mükafatlandırma mərasiminə gəlməyincə, onunla telefonda danışıblar və o, hazırda xəstəxanada olduğunu, əməliyyata hazırlaşdığını söyləyib.

 

Sənətçi xəstəliyini və hansı səbəbdən əməliyyat olunacağını açıqlamasa da, sevənlərinə hər şeyin yaxşı olacağını və narahatlığa ehtiyac olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar