Coli kimsəsiz uşaqlarla davranışına görə tənqid olundu
29 iyul 2017 03:26 (UTC +04:00)

Coli kimsəsiz uşaqlarla davranışına görə tənqid olundu

0

Aktrisa Ancelina Coli “Vanity Fair” jurnalına açıqlama verib.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı Hollivud ulduzu rejissoru və prodüseri olduğu “First they killed my father” (“Onlar əvvəlcə atamı öldürdülər”) filminin çəkilişləri haqqında maraqlı məqamlara toxunub.

 

Ancelina filmdə kombocalı yazıçının uşaqlıq illərini canlandıracaq şəxsi seçmək üçün Kombocaya gedərək kastinq keçirib. O, uşaq evlərində yaşayan azyaşlıları bir araya yığıb və onlara metal pullar verib. Daha sonra A. Coli uşaqlardan bu pulları oğurlamağı və “oğru”nu taparkən yalan danışmalarını tələb edib. Aktrisa verilən cavabları müşahidə edərək onlardan birini seçib.

 

Ancelina Colinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb. İzləyicilər aktrisanı kimsəsiz uşaqları pulla bağlı təcrübəyə dəvət etdiyi üçün qınayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar