Brilliant Dadaşova: “Ajda Pekkan məni evinə dəvət etmişdi”
08 iyul 2013 13:33 (UTC +04:00)

Brilliant Dadaşova: “Ajda Pekkan məni evinə dəvət etmişdi”

Türk müğənnisi Ajda Pekkan xalq artisti Brilliant Dadaşovaya soyuq münasibət göstərib və bu, mediada müzakirələrə səbəb olub. Lent. az-ın məlumatına görə, B. Dadaşova türk müğənnisi barədə Facebook səhifəsində bu sözləri yazıb: “Əziz dostlarım, heç bir narahatçılığa əsas yoxdur. Ajda xanım məni dəfələrlə evinə dəvət edib. Bağında qonaq olmuşam. Bir dəfə hətta  məni və bacımı qonaq aparmaq üçün özü şəxsən otelə gəlib. Yayılanlar dezinformasiyadır. Söylənilənlərin əksinə olaraq, A. Pekkan dedi ki, səni gözləyirdim. Biz  şəkil çəkdirmək istəyirdik. Yanındakı qadın isə dedi ki, yox, tələsirik. Mən də onlarla çay içməyə gedə bilmədim Onlar da bilmədilər ki, tədbirdən yarım saatlıq qaçıb gəlmişdim və təcili geri qayıtmalıyam”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda yazılmışdı ki, Ajda Pekkan Brilliantla görüşməkdən imtina edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1967
avatar

Yalçın UĞUR

Oxşar yazılar