Bıçaqlandığı iddia edilən meyxanaçı: “İçkili insanlar toydan sonra...” - AÇIQLAMA
30 may 2013 16:48 (UTC +04:00)

Bıçaqlandığı iddia edilən meyxanaçı: “İçkili insanlar toydan sonra...” - AÇIQLAMA

Tanınmış meyxanaçı Ələkbər Yasamallı toyda bıçaqlanması barədə xəbərlərə münasibət bildirib. Meyxanaçı Lent.az-a açıqlamasında məlumatların həqiqətə uyğun olmadığını deyib: “Bu gün xəbər yayılandan sonra mənə çox adam zəng etdi. Amma belə bir şey olmayıb. Düzdür, mən bu ay Bakının Kürdaxanı qəsəbəsində toyda olmuşam, mayın 20-də. İştirak etdiyim həmin məclisdə içkili insanlar toydan sonra kiçik mübahisə ediblər. Amma həmin mübahisələr zamanı mən orada olmamışam. Bıçaqlanmağım barədə xəbər də yalandır”.

 

Qeyd edək ki, yayılan məlumatlarda meyxanaçının mayın 22-də Bakının Kürdəxanı qəsəbəsində həmkarı Emin Kürdəxanılının qardaşı Elçinin toyunda iştirak etdiyi zaman bıçaqlandığı bildirilir.

# 2304
avatar

Yalçın UĞUR

Oxşar yazılar